Media

Mərhum jurnalistin adı sinif otağına veriləcək

Aprelin 15-də Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində mərhum hərbi jurnalist, “Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (1982-2020) anadan olmasının 40-cı ildönümü (14 aprel) münasibətilə tədbir keçiriləcək.

Modern.az xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və “Poliqon” jurnalının dəstəyi ilə keçirilən tədbir çərçivəsində Rəşad Süleymanovun xatirəsinə ithaf olunan fotosərgi təqdim olunacaq.
Sərgidə 702 saylı briqadanın veteranı, hərbi fotoqraf Nurəhməd Vəliyevin Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşləri əks etdirən fotoları nümayiş etdiriləcək.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, jurnalistlər, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Tədbir iştirakçılarının çıxışları, məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri dinləniləcək.
Tədbir çərçivəsində Rəşad Süleymanovun adına sinif otağının açılışı olacaq. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad xatirələrdə” sənədli filmi nümayiş ediləcək.
Tədbirdən sonra qonaqlarla birgə Rəşad Süleymanovun qəbri ziyarət olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button