Media

Mətləb Salahov: “Bu verilişlər bağlanmalıdır”

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi, son vaxtlar bir sıra televiziya proqramlarında reytinq və maddi gəlir məqsədi ilə Azərbaycan xalqının min illərdir formalaşan və milli dəyərə çevrilən adət və ənənələrinin efirlərdə məhv edilməsinə etiraz olaraq bəyanat yayıb.

JAMAZ.İNFO xəbər verir ki, qurumun rəhbəri Mətləb Salahov açıqlamasında deyilb ki, milli-mənəvi dəyərlərin peşəkarlıqdan çox uzaq olan “aparıcılar” tərəfindən ucuz və həvəskar proqramlarda məhv edilməsi adi hala çevrilib: “Savadsız, mənəvi dəyərlərdən və peşəkar jurnalistikadan çox-çox uzaq olan “aparıcılar” ağına, bozuna baxmadan, belə səviyyəsiz proqramlara maraq artırmaq üçün ən mənəviyyatsız üsullara əl atırlar. Təsəvvür edin ki, hansısa bir “ər” həmin proqrama çıxıb iddia edir ki, anası həyat yoldaşını vaqonda başqa kişi ilə yaxalayıb. Özü də həmin “ağbirçək” də efirdə oğlunun yanında əyləşib, namus məsələsini müzakirə edir. Bu qəti yolverilməzdir. Bu cür proqramlara baxan yeniyetmə və gənclərimizin beynini belə şəkildə məhv etmək, onlarda ailə dəyərləri barədə belə rüsvayçı təsəvvür yaratmaq, əsl milli düşmənçilik əməlidir. Mənəvi dəyərlərimizə bu gün vurulan zərbələrin acı nəticələrini gələcək nəsilllər min illər boyu yaşayacaqlar.”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button