Media

Media üçün dövlət rüsumu 10 dəfə azaldıldı

Milli Məclis Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasına dair layihəni III oxunuşda təsdiqləyib. “Report” xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci maddəsinə (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xəbərə görə, bəzi rüsumların məbləğində dəyişiklik öz əksini tapıb.

Beləliklə, “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5000 manata qədər endirilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button