Media

Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib. JAMAZ.İNFO xəbər verir ki, C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.
Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru olub.
O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button