Media
Oxu.az saytı Rusiyada bloklandı
Xatırladaq ki, Oxu.az iki dildə – Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Sayt olaraq həm Roskomnadzoru, həm də Azərbaycanın Rusiyadakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsini istəyirik.
Ən azından yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat vermələrini tələb edirik. İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq.