Media

Polad Aslanov həbsxanada müalicə edilmədiyini iddia edir

Jurnalist Polad Aslanov həbsxanada hüquqlarının pozulmasına baxmayaraq, əhvalı yaxşıdır  və onun müdafiəsi üçün zəhməti keçən hüquq müdafiəçilərinə, media və ictimaiyyət nümayəndələrinə  salam və minnətdarlığını çatdırmağımı xahiş edib. Bu barədə dünən 1saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Polad Aslanobla görüşən onun həyat yoldaşı  Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, səhhətində ciddi problemlərin olmasına baxmayaraq  Polad Aslanova  keyfiyyətli tibbi yardım göstərmirlər və xəstəxanaya keçirmirlər.

Polad Aslanov onun 2 ildən çox həbcdə saxlanılçasını özünə və ailsinə qarşı “mənəvi və maddi zülm” kimi qiymətləndirir. “Əfv ərizəsi yazmağımı istəyirlər.Mən isə bildirmişəm ki,hüquqlarımın müdafiəsi üçün sonuna qədər mübarizə aparacam”, – deyə o bildirib.

Polad Aslanov Avropa məhkəməsində hüquqlarının bərpa olunacağına əmindir, deyə Gülmirə Aslanovaya bildirib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button