Media

Səadət Cahangirin ölkədən çıxışına qadağa qoyulub

“Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir ölkədən çıxışına qadağan qoyulduğunu deyir. Yazar haqqındakı qadağa qərarını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərdiyi sorğunun cavabından öyrənib. Bu barədə Meydan TV-yə Səadət Cahangirin özü məlumat verib.

O bildirib ki, 2020-ci ilin 1 may tarixində AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı onun evində axtarış aparılıb: “Ardınca, 6 saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində şahid qismində dindirilmişdim. O vaxtdan iki il ötür, həmin absurd cinayət işi başa çatıb, Niyaməddin Əhmədova hökm də oxunub. Apelyasiya Məhkəməsi mənim evdən götürülən pulumun və əşyalarımın qaytarılması haqda qərar da çıxarıb. Əşyalarım hələ geri verilməsə də, artıq pulumu qaytarıblar. Ancaq bu günlərdə məlum oldu ki, ölkədən çıxışıma qadağa qoyulub. Əgər önəmli bir məsələ üçün qısa müddətlik xarici ölkəyə səfər etmək zərurəti yaranmasaydı, bilməzdim”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button