Media

“Sona qədər gedəcəyəm” – Jurnalist Cəmil Məmmədli apelyasiya şikayəti verdi

Jurnalist Cəmil Məmmədli Xaçmaz Rayon Məhkəməsinin hakimi Anar Sadıqov tərəfindən barəsində çıxarılan hökmdən apelyasiya şikayəti verib. Bu barədə Qaynarinfo-ya jurnalistin özü bildirib.

Onun sözlərinə görə, martın 24-də şikayətini Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim edib. 

Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb. Bu il martın 4-də isə jurnalist barəsində hökm çıxarılıb. Hökmə əsəsən, Cəmil Məmmədli 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından 20 faiz dövlət hesabına köçürməlidir.
Jurnalist hökmü ədalətsiz hesab edir və hüquqularının müdafiəsi uğrunda sona qədər mübarizə aparacağını bildirir: “Ümid edirəm ki, apelyasiya şikayətim obyektiv araşdılacaq. Baxmayaraq ki, şikayətimi təqdim edəndən sonra müxtəlif qruplar tərəfindən barəmdə əxlaqsız kampaniyaya start verilib. Yox əgər, birinci instansiyanın ədalətsiz hökmü qüvvədə saxlanılacaqsa, işi Avropa Məhkəməsinə qədər daşıyacağam”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button