Ölkə içi

Əli Əkbər Vilayəti: “İranın Azərbaycanla arasında fikir ayrılığı İsrail məsələsinə görədir ”

“İranla Azərbaycan arasında fikir ayrılığının səbəbi  Azərbaycanın İsraillə münasibətləri gücləndirməyə başlamasıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamineyinin baş müşaviri Əli Əkbər Vilayəti “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib.

O, Azərbaycan-İsrail münasibətlərini tənqid edib. O qeyd edib ki, İranın ali dini lideri Ayətullah Əli Xamineyi İranın Azərbaycanla yaxşı münasibətlərdə olmasını istəyir. “Lakin bunun üçün müəyyən qaydalara riayət edilməlidir. Biz bəzi müsəlman ölkələrinin İsraillə əlaqələr qurmasını qəbul edə bilmərik. Bu ölkələr İsrailə yaxınlaşdıqca bizdən bir o qədər uzaqlaşırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button