Ölkə içi

Əliməmmdə Nuriyev: “Ermənistan hüquqşünaslarının iddia etdiyi bu məsələ əsassızdır”

“Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərin dəyişdirilməsi onun konstitusiyası ilə müəyyənləşdirilib. Sərhədlərin dəyişməsi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə yalnız həmin ölkədə yaşayan xalqların iradəsi əsas ola bilər”. Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev erməni hüquqşünaslarının “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, bunun Qarabağ məsələsinə heç bir aidiyyatı yoxdur” iddialarına aydınlıq gətirərkən deyib.
Hüquq müdafiəçisi ermənilərin öz müqəddəratını təyin etmə hüququndan tam istifadə etdiyini vurğulayıb: “Ermənilər daima belə hesab edirlər ki, xalqların öz müqəddəratının təyin etmə hüququ daha üstün huquqdur. Ermənilər öz müqəddəratını təyin etmə hüququndan tam istifadə ediblər və bu hüquq Ermənistan Respublikasının yaradılması ilə tamamlanıb. Ərazi bütövlüyü məsələsi 1975-ci il Helsinki Yekun Aktında bütün dövlətlər tərəfindən qəbul edilib. Azərbaycanda yaşayan hər bir xalqın hüquq və azadlıqlarına tam olaraq təminat verilir və bununla bağlı konstitusiyanın müvafiq normaları mövcuddur. Amma eyni zamanda Azərbaycan Respublikasının sərhədlərinin dəyişdrilməsi məsələsi hər şeydən əlavə referendum vasitəsi ilə olmalıdır. Ona görə ayrıca götürülmüş hər hansı bir etnik qrup sabah istəlinən ölkədə durub özünün müqəddəratını təyin etmə adı altında müstəqilliyini elan edə bilər. Amma müstəqillik elan etmək həm də həmin dövlətdə yaşayan xalqların maraqları və mənafelərinə qarşı olmamalıdır.
İkincisi, eyni zamanda müstəqillik müqəddəratının təyin etmə hüququ mütləq bir hüquq deyil. Bu baxımdan da Ermənistan hüquqşünaslarının iddia etdiyi bu məsələ əsassızdır. Eyni zamanda başqa bir məsələ də onunla bağlıdır ki, bu günlərdə Almaniyanın Kansleri də separatizmin nə dərəcədə sülhə təhlükə olduğunu xüsusu olaraq vurğulayıb və qeyd edib ki, dövlətlərin sərhədlərinin dəyişdirilməsi yolverilməzdir”.
Əliməmməd Nuriyev hesab edir ki, bu baxımdan da dövətlərin ərazi bütövlüyünün dəyişdirilməsi yolverilməzdir: “Çünki bu, istər-istəməz münaqişələrin, sülhə təhlükə və təhdidlərin yaranmasına gətirib çıxardır. Ermənilərin yaşadığı ərazidə təkcə onlar yaşamır, eyni zamanda azərbaycanlılar da yaşayır. Bu, Azərbaycanın tarixi ərazisidir. Dünyada 10 minlərlə xalq var. Onda nə baş verə bilər? Onda eyni qaydada ermənilər həmin məsələni sabah Rusiyada qoya bilərlər. Və üstəlik harada yaşayırlarsa, asanlıqla bu məsələni qaldıra bilərlər. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin dəyişməsi hüququ daha mühüm hüquqdur. Çünki bunun nəticəsində ərazi bütövlüyü və sərhədlərin dəyişdirilməsi həm yeni münaqişə ocaqlarının yaranmasına, həm də eyni zamanda insanların həyatlarını böyük bir təhlükə altına sala bilər. Bu baxımdan da bu barədə söylənilən fikirlər qeyri-ciddidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button