Ölkə içi

Əminliyinə əmin olmayan Sarkisyan sarsaqladı

Ermənistanın üçüncü prezidenti, Xocalı soyqırımının əsas qatillərindən biri olan Serj Sarkisyan hələ də xülyalarda, nağıllar aləmində yaşayır. O elə zənn edir ki, əvvəlki dövrlərdir və Azərbaycan da çox zəif dövlətdir. Görünür, 44 günlük müharibədə aldığı zərbənin travmalarını yaşayır. Əks təqdirdə, həmin nağıllar aləmindən çıxa bilməyib, sarsaqlamazdı.

Bu gün İrəvanda keçirilən aksiyada iştirak edən Serj Sarkisyan deyib ki, o, Qarabağın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağına inanır. Hətta buna 100 faiz “əmin” olduğunu da deyir.

JAMAZ.İNFO xəbər verir ki, Sarkisyanın bu sözləri mitinqdə deməsi, onları hələr də köhnə arzularda yaşamasının və siyasi xal qazanmasının təzahürləridir. Çünki Qarabağ həm beynəlxalq aləm, həm də rəsmi olaraq Azərbaycanın ərazisidir. Orada yaşayan ermənilərlə bağlı da konkret təklif var. Ya vətəndaşlığımızı qəbul edib, orada qalacaqlar, ya da çıxıb gedəcəklər.

Hərçənd o “əmin “olduğu məsələdən elə də əmin deyil. Bunu açıqlamasında dediyi fikirlərdən də aydın etmək mümkündür. Məsələn, o deyir ki, Rusiya Ermənistanın müttəfiqidir və Moskva həmin öhdəlikləri yerinə yetirməyə hazırdır. “Düşünürəm ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyə hazırdır. Bununla belə, Ermənistan rəhbərliyinin düzgün istiqamətdə hərəkət etməsinə, münaqişə zamanı şifahi bəyanatlar verməməsinə, müqavilələrdə nəzərdə tutulan prosedurlara uyğun olaraq müraciət etməsinə və Rusiyadan dəstək istəməsinə ehtiyac var ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin. Əminəm ki, Ermənistan 44 günlük müharibə zamanı prosedurlara uyğun olaraq Rusiyaya üz tutsaydı, biz bu gün tamam başqa vəziyyətdə olardıq”.

Onun bu sözlərindən tam aydın olur ki, yenə rusların altına yıxılmaq üçün hazırlıq görürlər. Üstəlik, bunu açıq formada edirlər ki, kimliklərini hər kəs görsün. Yəni, Sarkisyan və adamları ümid edirlər ki, Rusiya onlara dəstək verəcək, onlar da Qarabağı geri alacaqlar.

Bax, burada yaxşı deyiblər: Qulağının dibini görərsən.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button