Ölkə içi

ABŞ Əliyev və Paşinyanın görüşünü alqışlayır

ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı təmasları alqışlayır. 

Bu barədə Dövlət departmanetinin mətbuat xidmətinin katibi Ned Prays “Tvitter”-də açıqlama verib.

“ABŞ Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasındakı sonuncu görüşü alqışlayır. Biz regiona sülh gətirəcək birbaşa əlaqələri qərarlılıqla dəstəkləyirik”, – deyə açıqlamada bildirilir.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında təmaslar dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Belçikanın paytaxtı Brüssel şəhərində baş tutub.

Üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan və Ermənistan kommunikasiya xətlərinin açılmasının razılaşdırılması kimi bir sıra qərarlar qəbul ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button