Ölkə içi

ABŞ Senatı Qarabağdakı ermənilərə 2 milyon dollar pul ayıracaq

ABŞ Senatı 2023-cü maliyyə ili üçün ayıracağı vəsaitlərlə bağlı açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin layihəyə əsasən gələn il Qarabağa minatəmizləmə işlərinə və “qaçqın” ermənilərə humanitar məqsədlərlə 2 milyon dollar ayrılması tövsiyə edilir.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası da ötən ay hazırladığı layihədə Ermənistana 60 milyon dollar, Qarabağa isə 2 milyon dollar vəsait ayıracağı barədə bilgi verib. Qarabağa ayrılacaq vəsait isə minaların təmizlənməsi xərclərini qarşılamaq üçün nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button