Ölkə içi
Ağdaşda qazi intihar edib, Baş Prokurorluq araşdırma aparır
Ağdaş rayonunda II Qarabağ müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.
Bu barədə noyabrın 22-də Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.