Ölkə içi

AXCP fəalı Elxan Əliyev yenidən saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyev 30 sutka inzibati həbs müddəti bitdikdən sonra yenidən saxlanılıb. “Turan” yazır ki, AXCP fəalı martın 19-da polisə tabe olmama və xırda xuliqanlıq ittihamı ilə inzibati qaydada həbs edilmişdi.

AXCP sədrinin müşaviri Məmməd İbrahim «Turan” bildirib ki, aprelin 18-də həbs müddəti başa çatıb. Lakin E.Əliyev Bakıda təcridxanadan çıxan kimi iki mülki şəxs ona yaxınlaşıb və deyib ki, o axtarışdadır: “Həmin şəxslər özlərini Tovuz rayon polis əməkdaşları kimi təqdim ediblər. Onlar bildiriblər ki, Elxan Əliyev hansısa iş üzrə axtarışdadır və onlarla birlikdə Tovuz rayonuna getməlidir. Ancaq məsələnin nə olduğunu izah etməyiblər».

Partiyada Elxan Əliyevin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. “Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Əliyevin saxlandığını təsdiqləsələr də, məsələnin nə yerdə olduğunu açıqlamayıbla».

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button