Ölkə içi

AXCP üzvünün şikayəti təmin edilmədi

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Məhəmməd İmanlının şikayətini təmin etməyib. Koronavirus infeksiyasının yayılmasına görə 1 il müddətinə azadlıqdan məhrumetmə barədə birinci instansiya məhkəməsinin hökmü qüvvədə qalıb.

M.İmanlı 14-15 iyul 2020-ci il tarixlərində orduya dəstək məqsədilə keçirilən nümayişdə iştirak etdikdən sonra saxlanılıb. Ona qarşı CM-in 139-1-ci (epidemioloji, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb. Sabunçu Rayon Məhkəməsi onu 1 il müddətinə azadlıqdan məhrum edib.

M.İmanlı ittihamı rədd edir və həbsini müxalifətyönlü fəaliyyəti ilə əlaqələndirir. O deyib ki, saxlanmadan öncə koronavirus infeksiyasına yoluxmayıb və COVİD-19 daşıyıcısı olması barədə heç bir sübut təqdim edilməyib.

Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək, bu barədə vəkil Əsabəli Mustafayev bildirib.

Müdafiə tərəfi artıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.

Məhəmməd İmanlı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button