Ölkə içi

Daha bir qrup cəbhəçiyə hökm oxundu

Bu gün “Qarabağ yürüşündə” iştirak etdiklərinə görə, həbs olunan və daha sonra ev dustaqlığına buraxılan daha bir qrup AXCP üzvünə hökm oxunub. JAMAZ.İNFO sözügedən partiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu gün oxunan hökmə əsasən AXCP Rəyasət Heyəti üzvü, Qarabağ qazisi Asif Yusifli 3 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

Onunla bərabər AXCP fəalları Elnur Cabbarlı, Müşfiq Quliyev, Elvin Məmmədov 3 il 1 ay, Seymur Əhmədzadə 2 il 6 ay müddətinə şərti azadlıqdan məhrum ediliblər.

Partiya hesab edir ki, hakimiyyətin məqsədi Qarabağ yürüşü bəhanəsindən istifadə edərək, AXCP funksionerlərini şərti məhkum etmə hökmlərilə nəzarətdə saxlamaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button