Ölkə içi
Daha bir siyasi məhbus azadlığa çıxa bilər: Paşa Umudovun işi apellyasiyaya qaytarıldı
Bu gün Alı Məhkəmədə hakim İlkin Rəcəbov sədrliyi ilə AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla sürücüsü Paşa Umudovun kassasiya şikayətinə baxılıb.JAMAZ.İNFO xəbər verir ki, vVəkil Zibeydə Sadıqovanın verdiyi şikayət qismən təmin edilib.
Məlumatda deyilir ki, Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilərək, yenidən apelyasiya instansiyasına qaytarılıb.
Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.4.2 maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Bakı Apelyasiya məhkəməsi hökmü qüvvədə saxlamışdı.