Ölkə içi

DTX: ““Azəri Camaatı” qruplaşmasına üzv olan azərbaycanlı həbs olunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdəşübhəli bilinən şəxsi həbs edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə mayın 20-də DTX məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əvvəllər silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş Akif Osmanov dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

Akif Osmanov – DTX

“Aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasında təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib”, – DTX bildirir.

Qurumunun xəbərində deyilir ki, Akif Osmanov şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button