Ölkə içi

DTX-nın MN-də keçirdiyi əməliyyatın təfərrüatı açıqlandı- 4 nəfər saxlanılıb

Xəbəır verildiyi kimi, bu gün Dövlət Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, az öncə həmin əməliyyatın təfərrüatları məlum olub.

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb. JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib.

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button