Ölkə içi

Erməni ekspert: “Ermənilər ya döyüşüb ölməli, ya da Qarabağı tərk etməlidirlər”

“Azərbaycan Ordusu ən strateji əhəmiyyətə malik təpəyə nəzarət edir. Bu, hərbi əməliyyatlarla olsaydı, hardasa qəbul edilərdi. Lakin…”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri hərbi ekspert Karen Hovhannisyan Qarabağda baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Fərrux kəndi və onun ətrafındakı mövqelər çıxarılıb. “Azərbaycan hərbçiləri Fərruxa daxil olduqdan sonra oradakı 5-10 nəfər sakinə kəndi tərk etməyi tələb edib. Ardından isə yüksəkliyə doğru hərəkət ediblər”.

Hovannisyan deyir ki, 10 noyabr razılaşmasına əsasən Qarabağdakı ermənilərin təhlükəsizliyinə 3 ölkə təminat verib. “Ermənistan, Rusiya və Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə məsuliyyət daşıyır. Rusiyanın daha çox təhlükəsizlik öhdəlikləri var. Çünki orada sülhməramlı qüvvələr yerləşdirib, onların funksiyası mülki əhalinin təhlükəsizliyini təmin etməkdir. Bu gün baş verənlər bizim üçün qırmızı xətt olmalıdır”.

Erməni hərbi ekspert vurğulayır ki, Qarabağda müvəqqəti yerləşmiş sülhməramlılar artıq mülki əhalinin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirə bilmir. “Ermənistan sənədi imzalayanlardan biri olduğu üçün hökumət başçısı birbaşa Kremllə əlaqə saxlamalı, vəziyyətin aktuallığını təqdim etməli, açıq şəkildə bildirməlidir ki, ya insanlar döyüşməli, döyüşdə ölməli, ya da sadəcə olaraq, öz evlərini tərk edib getməlidirlər. Rusiyaya birbaşa sual vermək və birbaşa cavab gözləmək lazımdır”.

P.S. Döyüşsələr, şübhəsiz ki, öləcəklər. Qalıb, Azərbaycan vətəndaşlığını qəbul etsələr, yaşayacaqlar. Bunların heç birini qəbul etməsələr, getməlidirlər. Yoxsa, məcburən göndəriləcəklər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button