Ölkə içi

Erməni general: “İstəsək 50 Azərbaycan əsgərini əsir götürərik”

“Bizim də Azərbaycan əsgərlərini əsir götürmək imkanımız var. İstəsək 20-50 Azərbaycan əsgərini əsir götürərik”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Eduard Asryan deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu sərhəddə olan Azərbaycan əsgərini istədiyi vaxt əsir götürə bilər. «Bbiz onlardan, onlarda da bizdən əsir götürəcəklər. Bu proses sonsuza qədər davam edəcək. Lakin biz problemi diplomatik yolla aradan qaldırmağa çalışırıq. Məhz diplomatik yolla sərhədlərimizi bərpa etmək, silahdan istifadə etmədən onları öz ərazilərinə göndərməyə çalışırıq. Həmçinin belə bir variant da var ki, güc işlətməklə onları geri çəkilməyə məcbur edək. Əsir götürmək də bir metoddur, lakin bu problemi həll etmir. Əksinə, belə addımlar yekunda hərbi toqquşmaya gətirib çıxarır. Bütün bunlara baxmayaraq, bütün variantlar nəzərdən keçirilir və yekun qərar veriləcək”.

P.S. 44 günlük müharibədə də belə deyirdilər. General olmaqla deyil ki, gərək sarsaq olmayasan. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button