Ölkə içi

Hansı təhsil işçiləri məktəblərə buraxılacaq? – Təhsil naziri açıqladı

Onun sözlərinə görə, hazırda müəllimlərin vaksinasiya prosesi davam etdirilir: “Artıq ölkə üzrə 85 faizə yaxın təhsil işçisi peyvənd olunub. Bakı şəhəri üzrə bu rəqəm 90 faizdən artıqdır. Abşeron rayonu və Gəncə şəhəri üzrə isə 95 faizə yaxın təhsil işçisi peyvənd olunub”.

Nazir qeyd edib ki, əks-göstəriş sertifikatı və immunitet sertifikatı olan təhsil işçiləri də məktəblərə buraxılacaqlar: “Hər bir məktəbdə vaksinasiya 80 faizə çatdıqdan sonra tədris əyani formaya keçir. Biz bu prosesi 80 faizə çatdırmışıq deyə əyanı prosesə keçirik, amma məqsədimiz bu rəqəmlə kifayətlənmək deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button