Ölkə içi

İkitərəfli danışıqlar risklidir – Siyasi şərhçi

Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
“Bu zəng onu göstərir ki, ikitərəfli format möhkəmlənir”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin telefon danışığını şərh edərkən deyib: “Yəni bu, Brüssel və Moskvada qəbul olunan bəyanatlara uyğun gündəlik üzrə konkret qərarların icrasının yaxınlaşması deməkdir. Onsuz da sərhəd mələsəsi, indi də sülh müqaviləsinin bağlanması istiqamətində birbaşa ikitərəfli danışıqlara üstünlük verməyə başlamışıq”.
Ekspertin fikrincə, ikitərəfli danışıqlarda həm risklər, həm də imkanlar vardır: “Risqlər ondan ibarətdir ki, ikitərəfli danışıqda hər iki tərəf özlərinə uyğun olanı interpretasiya edəcəksə, bu daha böyük problemlərə gətirib çıxara bilər. Amma  digər tərəfdən, razılaşmalar həyata keçəcəksə, üçüncü tərəf olmadan bu, daha möhkəm və yeni addımların atılmasına şərait yaradacaq. Ona görə düşünürəm ki, üçtərəfli formatdan ikitərəfli formata keçid baş verirsə, yaxın gələcəkdə həm sərhədlə bağlı komissiyanın formalaşması, həm də sülh müqaviləsilə bağlı görüşlərin keçirilməsinin şahidi olacağıq. Hər şey prosesdən asılıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button