Ölkə içi

Koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 2 nəfər COVID-19-dan dünyasını dəyişib.
Bu gün Azərbaycanda koronavirus əleyhinə 41 733 vaksin vurulub.
Birinci mərhələdə peyvənd olunanların sayı 17 994, ikinci mərhələ üzrə 23 739 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 530 767, ikinci mərhələ üzrə isə 1 711 960 nəfər təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button