Ölkə içi

Məzahir Pənahov: “Seçki elan olunanda eşidəcəksiniz”

Seçki dairələri və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb. Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
“Seçki komissiyaları həmişə seçkilərə hazır olmalıdır. İndi biz o mərhələdəyik, heç bir problem yoxdur”, – deyə M.Pənahov vurğulayıb.
Parlamentdə boş qalan deputat yerlərinə təkrar seçkilərlə bağlı sualı cavablandıran Məzahir Pənahov jurnalistlərə təmkinli olmağı məsləhət görüb: “Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button