ManşetÖlkə içi

Masallıda 23 min sakin bütün gecəni qazsız qalıb

Masallı rayonunda 30-dan çox kəndin sakinləri təbii qazdan istifadə etmək imkanından məhrum olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı yerli sakinlər veriblər.

Onların bildirdiyinə görə, dünəndən etibarən evlərə verilən mavi yanacaq dayandırılıb. Səbəb kimi isə əsas xətlərdə qəzanın baş verməsi göstərilir.

Masallı rayon İcra Hakimiyyəti isə bu barədə əhaliyə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda deyilir ki, dünəndən etibarən rayonun Təzə Alvadı və Tüklə Qaz Paylaşma Stansiyasından qidalanan 30 yaşayış məntəqəsi üzrə, ümumilikdə, 23000 abonentin qaz təchizatı magistral boru kəmərində baş vermiş qəza səbəbi ilə səhər saat 08:00 radələrinə kimi dayandırılıb. “Vətəndaşlardan diqqətli olmaq xahiş olunur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button