Ölkə içi

“Müsəlman Birliyi”nin fəalı qanunsuz narkotik dövriyyəsində ittiham olunur

“Müsəlman Birliyİ” hərəkatının üzvü, ictimai fəal Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə o, həbs edilib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

Bununla belə, vəkil hələ müvəkkili ilə görüşə bilməyib. “Hümbətovun saxlanmasından məhkəmə nəzarəti qaydasında şikayət hazırlayıram, həbs qərarından isə apellyasiya şikayəti veriləcək”, deyə Cavadov bildirib.

Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. “Müdafiə Xətti” qeyri-hökumət təşkilatının məlumatına görə, Hümbətov saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb və orada işgəncəyə məruz qoyulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button