Ölkə içi

Müsavat üzvləri saxlanıldı

Bazar ertəsi Suraxanı rayon polis idarəsinin əməkdaşları iclas zamanı Müsavat Partiyasının yerli fəallarını saxlayıb. Bu barədə Turan-a Müsavat Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Arzulla Buludlu bildirib.

Onun sözlərinə görə, yerli təşkilatın beş fəalı saxlanılıb və Suraxanı rayon 30 saylı polis idarəsinə aparılıb.

Öz növbəsində, DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, adı çəkilən şəxslər karantin rejiminin pozulmasına görə saxlanılıblar. Təhqiqatdan sonra onlar sərbəst buraxılacaqlar, deyə DİN nümayəndəsi bildirib.

Mənbənin məlumatına görə, saxlanılanlardan yalnız biri – Nizaməli Süleymanov Müsavat üzvüdür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button