Ölkə içi

Müslüm Maqomayevin yeganə övladı haradadır?

Azərbaycanın məşhur müğənnilərindən biri olan Müslüm Maqomayevin həyatı heç də rəvan olmayıb. Həyatında sənətdə qazandığı böyük uğurlara rəğmən, ailə həyatı heç də uğurlu olmayıb. JAMAZ.İNFO xəbər verir ki, Maqomayevin ilk evliliyi Ofeliya Vəliyeva ilə reallaşıb.

Həmin evlilikdən isə onun Marina adlı qızı dünyaya gəlib. Marina Maqomayeva Müslümün yeganə qızıdır. Müğənni həmişəhəyat yoldaşını, musiqini və qızını söylədiyini deyirmiş. Qızı qışda dünyaya gəldiyindən onu “Qar dənəsi” adlandırırmış.

Lakin bu evlilik uzun sürmür. Marina dünyaya gəldikdən bir il sonra Müslümlə Ofeliya ayrılırlar. Buna səbəb də Maqomayevin tez-tez qastrol səfərləri etməsi, evdə az tapılması, ailəsinə nadir hallarda diqqət yetirə bilməsiydi. Ofeliya Vəliyevadan ayrıldıqdan sonra Maqomayev onlara mütəmadi baş çəkir, keçmiş həyat yoldaşına isə yaxşı aliment ödəyir.

Bəs, Müslüm Maqomayevin yegabə qızı Marina Maqomayeva haradadır, nə işlə məşğuldur? JAMAZ.İNFO xəbər verir ki, Ofeliya Vvəliyeva boşandıqdan sonra qızı ilə birlikdə ABŞ-a köçürlər. Müslüm isə müğənni Tamara Sinyavskaya ilə ailə həyatı qurur. Davamlı olmasa da, Müslüm yeni həyat yoldaşı ilə qızına baş çəkirmiş. Maraqlı məqamlardan biri odur ki, Tamara təkcə Marina ilə deyil, həmçinin Müslümün keçmiş həyat yoldaşı ilə də yaxşı münasibət qurmağa nail olubmuş.

Marina uşaqlıq dövrlərində yaradıcılığa maraq göstərib. O, mahnı oxumağı və rəqs etməyi sevirdi. Qız da atası kimi pianoda peşəkar ifa etməyi bacarırdı. Müslüm Marinanın səhnədə konsertlər verməsini və nəhayət onunla birgə konsert verməsini istəyirdi, lakin qız başqa yol seçərək, yerölçən (geodeziya) olmağı hədəflədi.

Qeyd edək ki, Marina Maqomaeva şəxsi həyatını gizlətməyə üstünlük verir. Bu səbəbdən də jurnalistlərlə çox nadir hallarda ünsiyyət qurur.

Marina atasının dostu olan Aleksandr Kozlovskinin oğlu ilə ailə həyatı qurub. Onların Allen adlı bir oğulları da var. Cütlük tanış olduqları ABŞ-da, Ohayo ştatının Cincinnati şəhərində yaşayırlar. Allen prodüser olmaq arzusundadır və o da valideynləri kimi şəxsi həyatının müzakirə olunmasını istəmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button