Ölkə içi

Nazirin şirkəti inzibati xəta törədib – Məhkəmə iddiası

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olduğu bildirilən “Qafqaz-Qəbələ” MMC barəsində inzibati məhkəmə icraatına cəlb edilib.
Qaynarinfo xəbər verir ki, MMC vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydalarının əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. İddia Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayevin icraatındadır.
“Qafqaz-Qəbələ” MMC 11 sentyabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 500 100 AZN olan MMC-nin qanuni təmsilçisi Süleymanova Şəbnəm Fərman qızıdır. O, ötən il Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən fəxri fərmanla təltif edilib.
Şəbnəm Süleymanova “Qafqaz-Qəbələ” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Yuxarıda qeyd etdiyimiz ki, şirkətin Kəmaləddin Heydərova məxsus olması barədə məlumatlar var. Konkret olaraq, “Qafqaz-Qəbələ” MMC Kəmaləddin Heydərova məxsus olan “Gilan Holdinq”in tərkibində fəaliyyət göstərən şirkətlərdən biridir. Bəzi məlumatlarda isə bildirilir ki, MMC “Gilan Holdinq”in tərkibindən çıxıb. Bununla belə, Kəmaləddin Heydərovun nəzarətində qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button