Ölkə içi

Nazirlik açıqladı: Kəlbəcərə aparılan heyvanlar kimindir?

Kəlbəcərə elatın qayıdışı və yaylaqlarda normal həyatın qismən bərpası pilot layihədir. Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, layihənin detalları haqqında geniş məlumat ictimaiyyətə açıqlanacaq.

Nazirlikdən o da bildirilib ki, hazırda Kəlbəcər yaylaqlarına qaytarılan heyvanların bir hissəsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin balansında olan heyvanlardır. Damazlıq təsərrüfatının heyvanları və kəlbəcərli fermerlərin mal-qarası yaylaqlara qaytarılıb.

Xatırladaq ki, elatın Kəlbəcərə köç etməsinin ardından arıçılar da arı ailələrini bölgəyə aparıblar. Bu barədə videolar sosial şəbəkələrdə yayılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button