ManşetÖlkə içi

Paşinyan Qarabağla bağlı sirləri açır: Sarkisyan hansı öhdəliyi götürübmüş?

“Qarabağ danışıqlarının məzmunu hələ 2015-ci ilin payızında və 2016-cı ilin qışında dəyişmişdi. Bunun ardınca aprel döyüşləri baş verdi”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmişə belə bir ideya olub ki, əgər danışıq aparan tərəflərdən biri mövqeyini dəyişərsə, o zaman danışıqlar prosesinin məntiqi də dəyişməlidir. “İllər keçir, sənədlərin məzmunu dəyişir. Və biz öyrənirik ki, əslində bu məzmun 2015-ci ilin payızında, 2016-cı ilin qışında dəyişib. Ardından da aprel döyüşləri baş verdi. Danışıqlar prosesinin məzmunu məhz bu müddətdə dəyişib. Bunu sənədlər təsdiq edir”.

Paşinyan maraqlı bir sirrin də üstünü açıb. O deyib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan vasitəçilərə məktub yazaraq, Dağlıq Qarabağda referendum keçirilməsindən narahat olduğunu və çəkindiyini qeyd edib. «Onun narahatlığı onunla bağlı idi ki, həmin dövrdə Qarabağda nə qədər azərbaycanlının yaşayacağı barədə məlumatlar artıq dəqiqləşməmişdi. Biz faktlarla bilirik ki, Dağlıq Qarabağdakı potensial azərbaycanlı sakinlər də bu referendumda iştirak etməlidir. Lakin bunu etmək üçün onların Qarabağa yerləşməsi, Qarabağda yaşaması lazımdır”.

Bundan sonra erməni baş nazir Sarkisyana xitabən sual verib: “Sarkisyana sual edirəm: Əgər azərbaycanlılar da referendumda iştirak edədkdisə, azərbaycanlılar Qarabağda yaşayacağına razılıq vermişdisə, onlar ora necə yerləşdiriləcəkdi və buna görə, bizi niyə ittiham edir?”

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button