Ölkə içi

Polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyevdir, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.
Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov “Report”a faktı təsdiqləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button