Ölkə içi

Qurgen Arsenyan: “Sərhəddəki vəziyyətə görə KTMT-dən kömək istəməyəcəyik”

“Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyan deyib.

O bildirib ki, sərhəddə vəziyyət gərgin olsa da, əlavə köməyə ehtiyac yoxdur. “Ermənistanda vəziyyət elə deyil ki, biz KTMT-ni köməyə çağırmağa məcbur olaq. Ölkəmizdə vəziyyət kifayət qədər ağırdır, lakin Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır”.

O əlavə edib ki, Ermənistan “Azərbaycanla sərhəddə atışmalara görə” KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək.

“Mövcud olan təhlükə sistemli təhlükədir. Biz onu aradan qaldırmağa qadirik. Paşinyan başda olmaqla Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemləri müharibə ilə yox, danışıqlar yolu ilə tənzimləməyə üstünlük verir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button