Ölkə içi

Rus səfir: “Sülhməramlıların Qarabağda qalıb, qalmamasını zaman göstərəcək”

“Rusiya sülhməramlılarının Qarabağda insanların təhlükəsizlik yaşamasının təmin edilməsinə mühüm töhfə verir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O bildirib ki, tərəflərin əvvəlcədən razılığı ilə Rusiya sülhməramlıları 5 illiyə Qarabağda yerləşdirilib. “Müəyyən razılaşmalar var. Həqiqətən insanların bu regionda təhlükəsizlikdə və gələcəyə ümidlə yaşamasına mühüm töhfə verir. Bu, həqiqətən də ciddi və mühüm sülh amilidir. Bu çətin vəziyyətdə pozitivlik deməkdir”.

Kopırkin rus sülhməramlılarının Qarabağda nə qədər qalacağı və 5 illik müddətin uzadılıb, uzadılmayacağı barədə suallara cavab olaraq bildirib ki, bu barədə danışmaq üçün tezdir: Hər şeyi həyat və zaman göstərəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button