Ölkə içi

Rus sülhməramlıları Qarabağda “Xalqlar Birliyi Günü”nü qeyd ediblər

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti dünən Xankəndi şəhərində “Xalqlar Birliyi Günü”nü qeyd ediblər. JAMAZ.İNFO xəbər verir ki, təntənəli mərasim Xankəndi yaxınlığındakı bazada baş tutub.

Tədbirdə yalnız rus hərbçilərinin iştirak etdiyi deyilir. Lakin bəzi erməni mənbələri orada separatçıların nümayəndələrindən də olduğunu iddia edirlər. Tədbiri açan kontingentin rəhbəri, general-leytenant Gennadi Aneşkin deyib ki, hazırda onların qarşısında duruan əsas vəzifə Qarabağda sülhü qorumaqdır. “Biz bunu ümumi gücümüz sayəsində bacara bilərik. Biz keçmişimizlə fəxr edir, ləyaqətli gələcək qurmaqla məşğuluq. Bizim sizinlə yeganə borcumuz odur ki, gələcək nəsillərə güclü, möhkəm və vahid ölkə buraxaq”.

Xatırladaq ki, “Xalq Birliyi Günü” Rusiyada rəsmi dövlət bayramıdır. Belə ki, 29 dekabr 2004-cü il tarixli sərəncama əsasən hər il 4 noyabr tarixi sözügedən bayram kimi qeyd olunur və rəsmi iş günü hesab olunmur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button