Ölkə içi

Saleh Rüstəmov quru aclığa başlaya bilər

Gədəbəy rayonunun keçmiş İcra Hakimiyyəti başçısı Saleh Rüstəmov 29 gündür ki, həbsdə aclıq edir. Vəkil Bəhruz Bayramovun “Turan”-a verdiyi məlumata görə, uzun müddət davam edən aclıq nəticəsində Rüstəmovun vəziyyəti həddindən artıq ağırdır. “Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. O, yavaş-yavaş danışır, vaxtaşırı üzü sanki donur”.
Vəkilin sözlərinə görə, Rüstəmov ona deyib ki, bazar ertəsi yanına gəlsin, həmin vaxt o, quru aclıq haqqında yekun qərarını qəbul edəcək. “O, su içməkdən imtina edərsə, həkimlərin sözlərinə görə, orqanizmi bir gün belə tab gətirməyəcək”, – deyə vəkil qeyd edib.
Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button