Ölkə içi

Siyasi məhbus Xəzər Məhkəməsindən şikayətçidir

AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm Xəzər Rayon Məhkəməsinin ləng işindən şikayətlənir. JAMAZ.İNFO xəbər verir ki, o xeyli müddətdir cəzanın müəyyən hissəsini çəkdikdən sonra çəkilməyən hissədən vaxtından əvvəl azad olunması ilə bağlı vəkil Xəzər Rayon məhkəməsinə müraciət edib.

Amma özünə məlum olmayan səbəblərdən məhkəmə prosesini gecikdirirlər. O, hüquq müdafiəçilərinə və fəallara səslənərək problemin ictimailəşdirilməsini xahiş edib.

Xatırladaq ki, Aqil Məhərrəm Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 ilmüddətinə azadlıqdan mərhum edilib. Bu ilin may ayında artıq onun cəzasının 3 ili tamam olub. Qanunvericiliklə o, vaxtından əvvəl azadlığa buraxıla bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button