Ölkə içi

Şoffer və Rokfey Qarabağı müzakirə ediblər, Xovayev həmsdərlərin görüşündən imtina etdi

44 günlük Vətən Müharibəsindən sonra Qqarabağ məsələsi ilə məşğul olduğunu deyən və 30 ilə yaxın heç bir addım atmayan ATƏT-in Minsk Qrupu iflic vəziyyətə düşüb. JAMAZ.İNFO xəbər verir ki, müharibədən sonra rəsmi Bakı belə bir birliklə işləməkdə maraqlı olmadığını, onların missiyasının başa çatdığını bəyan edib.

Ermənistan isə hələ də o fikirdədir ki, Azərbaycanla olan problemlərinin həllində Minsk Qrupu fəaliyyətini davam etdirməlidir. İrəvan həmçinin Qarabağ məsələsinin də onlar tərəfindən həll olunmasını istəyir.

Qeyd edək ki, Rusiya bu yaxınlarda ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırdığını dilə gətirib. Bu ölkənin XİN-i bildirib ki, prosesdə iştirakedən amerikalı və fransalı həmsədrlər üçtərəfli görüşdən imtina ediblər. Bu gün isə  məlum olub ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoffer fransalı həmkarı Bris Rokfeylə danışıqlar aparıb. JAMAZ.İNFO xəbər verir ki, Qarabağ məsələsini müzakirə edən amerikalı və fransalı diplomatlar prosesə Rusiyadan olan həmsdər İqor Xovayevi də dəvət edibır. Lakin rusiyalı həmsədr danışıqlara qatılmaqdan imtina edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button