Ölkə içi

Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü- VİDEO

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. DİN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Füzuli RPŞ-də araşdırma aparılır.
Məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button