Ölkə içi

Ter-Petrosyan Arayiklə görüşdü: Nə danışıblar?

Ermənistanın birinci prezidenti Levon Ter Petrosyan dünən Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanla görüşüb. JAMAZ.İNFO xəbər verir ki, görüş İrəvanda, Ter-Petrosyanın iqamətgahında baş tutub.

Məlumatda deyilir ki, tərəflər hazırkı məqamda bir neçə məsələ ilə bağlı razılaşıblar. Onlardan əsasları Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində həm Qarabağ separatçıları, həm Ermənistan hakimiyyəti, həm də müxalif qüvvələr çox ehtiyatlı davranmalı, daxili siyasi münaqişələri qızışdırmamağa yönəlmiş hərəkətlərə yol verməməlidirlər.

Qeyd edək ki, hər dəfə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazırlıq ərəfəsində müəyyən addımlar atılır. Xüsusən də Ter-Petrosyan siyasi səhnədə görünməyə başlayır. Belə ki, hər görüş ərəfəsin Ermənistanın birinci prezidenti Arayik Harutyunyanla görüşərək, onunla nələrisə müzakirə edir. Amma bu müzakirələrin konkret olaraq nələrdən ibarət olması barədə heç bir bilgi verilmir.

Güman etmək olar ki, Ermənistanın hazırkı hakimiyyətinin ideoloqu kimi qəbul edilən Ter-Petrosyan onlara necə davranmaq lazım olduğunu başa salır. Çünki indiki məqamda hər hansı səhv addım Azərbaycanla münasibətlərin daha gərgin şəkil almasına və yeni müharibənin başlamasına rəvac verə bilər.

Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda az sayda siyasətçilərdən biridir ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını, münasibətlərin normallaşdırılmasını, habelə Qarabağın Azərbaycanın daxilində status almasını təklif edir. Son parlament seçkiləri ərəfəsində onun çıxışlarında da bu açıq şəkildə ifadə olunurdu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button