Ölkə içi

Tofiq Yaqubluya hökm oxundu: 2 il 6 ay şərti azadlıqdan məhrum edildi  

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqubluya qarşı açılmış cinayət işi ilə əlaqədar apellyasiya şikayətinə baxılıb. JAMAZ.İNFO Yaqublunun qızı Nigar Həziyə istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində şikayətə baxılıb və hökm çıxarılıb.

Məhkəmənin hökmünə əsasən Tofiq Yaqublu 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Tofiq Yaqublu bu ilin martında 8-ci km qəsəbəsində “xuliqanlıq” törətməkdə ittiham olunurdur. Belə ki, onun avtomobilinə zərər yetirən bir qrup şəxs guya, həmin əməllərin onun tərəfindən törədildiyini iddia edirdilər. Bununla bağlı açılmış cinayət işi Yaqublu tərəfindən siyasi sifariş və qondarma hesab olunurdur.

Bildirək ki, beynəlxalq təşkilatlar da Tofiq Yaqublunun həbsini sifarişli hesab edir, ona qarşı açılmış cinayət işinə xitam verilməsini tələb edirdilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button