Ölkə içi

Vəkil Nağı Mahmudi Azərbaycan buraxılmadı

Əslən İrandan olan, hazırda Almaniyada yaşayan vəkil Nağı Mahmudi vizası olduğu halda Azərbaycana buraxılmadığını deyir. Onun sözlərinə görə, martın 15-də saat 22-dən səhər 04:45-dək hava limanında saxlandıqdan sonra ona vizası olmadığını söyləyiblər və ölkədən geri qaytarıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bağlı olan “Asan viza” saytından aldığım viza əlimdə ola-ola məni Azərbaycana buraxmadılar. Çox gülünc olaraq yazıblar ki, viza yoxdur. Neçə saat aeroportda gözlədikdən sonra məni Almaniyaya geri göndərdilər”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev Nağı Mahmudinin şikayətlərini əsassız sayır. Onun sözlərinə görə, vətəndaşa ümumiyyətlə viza verilməyib: “Vətəndaşın göndərdiyi sənədlər viza vermək üçün uyğun olmadığından Nağı Mahmudiyə viza verilməyib”.

Nağı Mahmudi isə ona vizanın verildiyini təsdiqləyən sənədlərdə bunun əksi yazıldığını deyir.

Hüquq müdafiəçisi Zaur Əkbərin söylədiyinə görə, vətəndaşın sənədləri qaydasındadırsa və viza alıbsa, onun aeroportdan geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur. ““ASAN” xidmətdən sənədlərin alınması dövlət səviyyəsində icazə verilməsi anlamına gəlir və etibarlı sayılır. Əgər belə olan halda ölkədən deport edilirsə, artıq burda qanunsuzluğa yol verilib”.

Z.Əkbər deyir ki, vətəndaş belə olan halda vəziyyətlə bağlı Almaniya hökumətinə də şikayət məktubu ünvanlaya bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button