Ölkə içi

YAP təşkilat sədri nümayəndənin oğluna “neqodnı” hərbi bilet aldı

YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyevin adı “neqodnı” hərbi bilet alma işində hallanır. Verilən məlumata görə Seyfəddin Əliyev bir müddət əvvəl Çaxırlı kənd ərazi nümayəndəsi Musa Qubadovun oğlunun hərbi xidmətdən yayınmasına dəstək verib. JAMAZ.İNFO-ya daxil olan məlumata görə, Seyfəddin Əliyev Musa Qubadovun oğlu Fərid Qubadovu hərbidən yayındırıb, ona “neqodnı” hərbi bilet almaqda kömək edib. Ümumiyyətlə Seyfəddin Əliyevin “neqodnı” hərbi bilet almaq praktikasının geniş olduğu deyilir. Bildirilir ki, Fərid Qubadov kimi öz qaynı, YAP Masallı təşkilatında işlə təmin etdiyi Şəmkir Kərimova da vaxtilə “neqodnı” hərbi bilet almasında onun müstəsna rolu olub. Seyfəddin Əliyevin Hərbi Kommisarlıq sistemindəki rüşvət və korrupsiyada illər öncə adı hallanırdı. O zaman qardaşı, Sumqayıt Hərbi Komissarlığında Çağırış Şöbəsinin rəis müavini işlədiyi zaman Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. YAP Masallı təşkilatının sədrinin qardaşı rüşvət aldığına görə 5 il azadlıqdan məhrum edilmişdi. Seyfəddin Əliyevlə Musa Qubadovun adı ilk dəfə deyil ki, qoşa çəkilir. 44 günlük müharibə günlərində Seyfəddin Əliyev gənclərin hərbiyə getmələri üçün çağırışlar etdiyi bir vaxtda, məlum olmuşdu ki, özünün 2 oğlundan birini Bakıya qaçırıb. Müharibə dövründə atdığı addımlarına görə bu gün də Masallıda onu “yığışaq, müharibəyə gedin” ləqəbi verilib. Belə ki, müharibənin qızğın günlərində Seyfəddin Əliyev Masallı əhlinə övladlarını müharibədən yayındırmamaq çağırışları edib. Növbə oğlu, 22 yaşlı Şahin Əliyevə çatanda isə Seyfəddin Əliyev əl-ayağa düşüb. O zaman Musa Qubadov Seyfəddin Əliyevin tapşırığına əsasən çağırışçıları daşıyan avtobusun qabağını kəsib və Şahin Əliyevi avtobusdan düşürüb. Hazırda Şahin Əliyevin adı “Viləştikinti”də gedir, faktiki isə işə çıxmadan əmək haqqı alır. Seyfəddin Əliyevin həyat yoldaşının da adı bir müddət əvvələ qədər Mədəniyyət Evində ştatda olub. Bu məsələ mətbuatda hallanandan sonra Seyfəddin Əliyev həyat yoldaşının adını ştatdan çıxarıb və sonrakı tarixə arayış alıb ki, həyat yoldaşı Mədəniyyət Evində işləmir. Araşdırma aparılsa, bu saxtakarlıq üzə çıxacaq.

JAMAZ.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button