Ölkə içi

“Zəngəzur dəhlizi” ilə bağlı danışıqlar yaxın vaxtda yekunlaşmayacaq – Oleq Kuznetsov

Rus tarixçisi Oleq Kuznetsov Azərbaycan və Ermənistan arasında “Zəngəzur dəhlizi” ətrafında danışıqların nə üçün nəticəsiz qalması barədə paylaşım edib.
“Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin həllinin konturları çoxdan çəkilsə də, onun nə üçün həll edilmədiyi barədə mətbuatda müxtəlif fikirləri oxudum. Bu haqda çox müxtəlif versiyalar yazılıb, amma, fikrimcə, əsas versiya diqqətdən kənarda qalıb. Burada məsələ geosiyasətdə deyil, makroiqtisadiyyatdadır və əsas mübahisə predmeti bu nəqliyyat dəhlizinin operatorunun kimin olacağı, yəni daşıyıcılardan yunu kimin qırxacağı məsələsidir”, -deyə Kuznetsov qeyd edib.
Onun sözlərinə görə, Bakı da, İrəvan da həqiqətən də Vereşaqin gömrükçüsü rolunda olmaq istəyir, ona görə də biri inadla dəhlizin ekstraterritorallığında, digəri isə onun üzərində suverenliyini qoruyub saxlamaqda israrlıdır: “Bu halda dolayısı ilə Ankara və Tehranın iqtisadi maraqlarını ifadə edən Moskva üçün, vergi alan yeni operatorların olması müzakirə mövzusu deyil, bütün xarici oyunçular dəhlizə ən pis halda onu inşa edənin də elə operator olacağı, pullu magistral kimi baxırlar”.
O. Kuznetsov bildirib ki, indiyə qədər İrəvanın ambisiyalarını bir küncə sıxışdırmaq mümkün olub və dünən növbəti dəfə özü üçün adi hal saydığı anti-Rusiya aksiyaları keçirməklə yenidən ayağa qalxmaq qərarına gəlib: “Bu çoxdandır ki, dəhliz məsələsinə əngəl törətmir, amma məsələnin həllini gecikdirir. Söhbət Bakının mövqeyini xarici oyunçuların maraqlarına uyğunlaşdırmaqdan gedir. Bu isə Rusiya, Türkiyə və İran daşıyıcıları üçün şərti olaraq ödənişli olan magistralın tikintisini onun üzərinə qoymağı nəzərdə tutur. Görünür, Bakı bu addımı atmağa hazırdır, lakin bu, İrəvanın ambisiyalarının son iflası ilə birlikdə mümkün olacaq. Azərbaycan hakimiyyəti üçün dəhlizin siyasi aspekti və öz makroiqtisadi ehtiyaclarının azalması açıq şəkildə ön plana çıxır.
Ona görə də dəhliz ətrafında bir ilə yaxındır davam edən danışıqlar yaxın vaxtlarda yekunlaşmayacaq. Strateji anlaşma olsa da, bu kimi nüanslar da var”, – deyə rus tarixçi qeyd edib./ednews.net

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button