Siyasət

Ərdoğan: “Dağlıq Qarabağda son dərəcə çətin məsələlərlə üzləşdik”

“Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu heç kəsə çeynətmərik”. Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağda 30 ildir göz yumulan işğalına sona çatdırılmasına töhfə verib: “ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk qrupu 30 ildir bu məsələni həll edə bilməyib və azərbaycanlı qardaşlarımızı öz torpaqlarından qaçqın vəziyyətinə salıblar. Sonda azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdilər və ərazilərinə qovuşdular”.
“Qonşularımız başda olmaqla, heç kimin ərazisində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə ölkəmizin haqqına, hüququna, suverenliyə yönələn təhdidlərlə mübarizə aparırıq. Millətimizlə bərabər Kipr və Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq”, – Türkiyə Prezidenti bildirib.
“Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər. Bu düşüncəyə sahib insanların rəhbərliyə altında olanda əlinə düşən bütün fürsətləri qaçıran Türkiyə, inşallah, bir daha eyni vəziyyətə düşməyəcək. Ölkəmizin nə Şərqdən, nə də Qərbdən üzdöndərmək niyyəti yoxdur. Avropa və ABŞ ilə münasibətlərimizi inkişaf etdirərkən türk dünyasını, Asiyanı, Latın Amerikasını, Afrikanı əsla gözardı edə bilmərik”, deyə o vurğulayıb.
Qeyd edək ki, Boraltan hadisəsi 1944-cü ildə baş verib. Rəsmi Ankara 100-dən çox azərbaycanlını SSRİ-yə təslim edib. Nəticədə onlar kommunist rejimi tərəfindən yerindəcə güllələnib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button