Siyasət

Ərdoğan: “Müharibə zamanı özlərini Ermənistanın rəsmi mediası kimi aparırdılar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda keçirilən “Türk Şurası Media Forumu”nda çıxış edərək, Qarabağ məsələsinə toxunub. JAMAZ.İNFO xəbər verir ki, Ərdoğan 44 günlük Qarabağ müharibəsi zamanı xarici medianın göstərdiyi münasibəti diqqət mərkəzinə çəkib.

O deyib ki, rəqəmsal faşizmin dağıdıcı təsiri nəticəsində nə qədər inkişaf etmiş olursa, olsun heç bir ölkə və cəmiyyət azad deyil. “Türk dünyası, rəqəmsal faşizmlə yanaşı beynəlxalq medianın ikili standartlarından da zərər görən tərəfdir. Xüsusi ilə 44 günlük Qarabağ müharibəsi zamanı şahid olduğumuz ikiüzlü münasibətlər, məsələnin ölkəmiz baxımından önəmini ortaya qoyulub. Ermənistan ordusunun mülki insanları hədəf aldığı qətliam və ballistik raket hücumları həmin dönəmdə heç gündəmə gətirilmədi. Media azadlığı və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları, Ermənistanın rəsmi media orqanı kimi hərəkət edirdi. Qarabağ müharibəsi ölkələrimiz və Türk dünyasıyla bağlı həqiqətlərə qarşı tətbiq olunan embarqosunun nə birincisi, nə də sonuncusudur”.

Başqa qondarma “soyqırım” iddiaları olmaqla, tarixi, milli təhlükəsizliyi və millətin dəyərlərini hədəf alan bir çox məsələdə eyni mövqelərlə üzləşdiklərini deyən Ərdoğan qeyd edib ki, yaşadıqları acı təcrübələr fonunda bu həqiqəti artıq hamı və dəqiq şəkildə görüblər. “Necə ki, müdafiə sənayesi və hərbi məsələlərdə xaricə bel bağlamırıqsa, rabiə və əlaqələr məsələsini də başqalarına həvalə edə bilmərik. Digər strateji sahələrdə olduğu kimi, media və ünsiyyət məsələsində də öz göbəyimizi özümüz kəsməliyik. Türk dünyası olaraq bu xüsusda təşəbbüsü ələ almalı, təcrübələrimizi paylaşmalı və əlimizdəki imkanları ən təsirli şəkildə dəyərləndirmənin yollarını axtarmalıyıq. “Köklü keçmiş, Güclü Gələcək” mövzusu ilə düzənlədiyimiz forumun bizlərə bir nöqtədə güclü platforma qazandıracağına inanırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button