Siyasət

Almaniyanın müdafiə naziri: “Qarabağ müharibəsi klassik savaş üsullarını ikinci plana keçirdi”

Qarabağda 44 gün davam edən və Ermənistanın məğlubiyyəti ilə nəticələnən müharibədə istifadə olunmuş taktika dünyanın aparıcı ölkələrinin diqqətini çəkməkdə davam edir. JAMAZ.İNFO xəbər verir ki, xüsusən də döyüşlərdə istifadə olunmuş PUA-lar məsələsi əsas müzakirə mövzusudur.

Qeyd edək ki, Almaniya müdafiə naziri Annegret Kramp-Karrenbauer bununla bağlı bildirib ki, Qarabağ savaşı təkcə, PUA-larla qazanılan ilk müharibədir. “Artıq hərbi texnikalar müasir müharibələrdə heç bir işə yaramır. Qarabağ savaşı göstərdi ki, bundan sonrakı mərhədələ PUA-lar mühüm rol oynayacaq”.

Nazir deyib ki, bununla bağlı çeşidli təhlillər bir çox nəticələrə gətirib çıxarıb. “Tanklar, toplar və havadan hücum sistemləri quru qoşunları ilə birlikdə hərkət etdiyi müharibələr artıq klassik savaş üsullarıdır. Amma bunlarla birlikdə PUA-ların da prosesə qoşulması ciddi bir paradiqma dəyişikliyi yaradır”.

Annegret Kramp-Karrenbauer daha sonra qeyd edib ki, alman ordusunda PUA-lardan istifadə edilməsi ciddi şəkildə müzakirə mövzusudur. “Qarabağda tarixin ilk PUA müharibəsi yaşandı. PUA-lar bombardmanları ilə müharibənin seyrini dəyişdirdi. Nəticələri isə uduzan tərəfi üçün çox ağır oldu”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button