Siyasət

Azərbaycan bu iki məsələni birləşdirməyə imkan verməməlidir – Tofiq Zülfüqarov

“Qarabağda vəziyyət stabilləşir. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişə bitib. Amma Azərbaycan və Ermənistan dövlətləri arasında sərhədə və kommunikasiyalara görə vəziyyət gərginləşir və onun nəticəsi olaraq toqquşmaların baş verdiyini görürük”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbi üstünlüyünü nümayiş etdirir, erməni tərəfinin təxribatlarının qarşısını alaraq onları sülhə məcbur edir:
“Ortaya digər mövzu çıxır – ermənilər nəyə görə sərhəddə vəziyyəti gərginləşdirir? Əsas məqsəd ondan ibarətdir ki, ermənilər istəyir, orada bu və ya digər şəkildə xaricdən gələn hansısa qüvvələr yerləşsin. Bu, Rusiya da ola bilər, Qərbdə, yəni orada ya müşahidəçilər, ya kimlərsə yerləşsin. Bunu nəticəsində onların arxasından yenə də öz siyasətlərini davam eləsinlər. Əlavə təhlükəzilik təmin eləmək üçün belə təxribatlara əl atırlar”.
Tofiq Zülfüqarov bildirib ki, baş verənlərdən sonra Ermənistan tərəfindən Moskvaya dərhal müraciətlər olunub və onların köməyini istəyirblər:
“Bu baxımdan istək bəllidir. Mən istisna eləmirəm ki, orada Rusiya müşahidəçiləri yerləşə bilər. Təbii ki, bu, eyni missiya ola bilməz. Yəni sülhməramlılar ki, Azərbaycanın ərazisindədir, təbii ki, sərhəddə ayrı bir format – vasitəçilik ya müşahidəçilik formatı yer tapa bilər. Amma hesab edirəm ki, Azərbaycan bu iki məsələni birləşdirməyə imkan verməməlidir – Qarabağ və sərhəd”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button